BAKI, 26 yanvar. TELEQRAF

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

"Azərbaycan–İsrail dostluq münasibətlərinə malikdir. Həmçinin sizi İsrailə dəvət edirik ki, eyni qonaqpərvərliyi sizə də göstərək".