BAKI, 26 yanvar. TELEQRAF
"İsrail Azərbaycanı Ermənistanla əldə olunan sülhə görə təbrik edir".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.
“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə olunan irəliləyiş münasibətilə Azərbaycanı təbrik edirəm. Sülh bölgədə inkişaf üçün mühüm töhfə verəcək”, - o qeyd edib.