BAKI, 26 yanvar. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarı Ermənistanla sülh prosesi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, nazir bu barədə İsrail xarici işlər naziri Gideon Saarla birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

C.Bayramov Gideon Saar ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı, mina təhlükəsi barədə də fikir mübadiləsi apardığını da əlavə edib.