BAKI, 26 yanvar. TELEQRAF
"Azərbaycan Qəzzada atəşkəsin davamlı olacağına inanır".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda israilli həmkarı Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hər zaman beynəlxalq hüquqa hörmət göstərən və sülhün bərqərar olunmasına tərəfdar olan bir mövqedəyik.
Azərbaycan İsrail-Fələstin münaqişəsinin də sülh yolu ilə həllinə tərəfdardır”,- o qeyd edib.