BAKI, 22 noyabr. TELEQRAF

ABŞ-nin Respublikaçı Partiyasından olan Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrin 5 yanvar 2026-cı il tarixindən etibarən konqresi tərk edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

“İstefa edirəm, son iş günüm 5 yanvar 2026-cı il olacaq”, - Qrin qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Teylor Qrini ölkəyə xəyanətdə ittiham etmiş və onu qurban imici yaratmağa çalışmaqda günahlandırmışdı.