BAKI, 30 iyun. TELEQRAF

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Rusiya diplomatik qurumuna istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, səfirin Rusiya XİN-ə dəvət olunmasına səbəb Bakı tərəfindən atılan "dostluqdan uzaq" addımlar və Rusiya jurnalistlərinin Azərbaycanda saxlanılmasıdır.

Nazirlik baş verənlərlə bağlı Azərbaycanın rəsmi nümayəndəsinə etirazını bildirib.