BAKI, 27 iyun. TELEQRAF

"Azərbaycanla İran arasındakı münasibətlər dostluğa, qonşuluğa və qardaşlığa əsaslanıb".

Teleqraf xəbər verir ki, bunu İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə təşəkkürlərini çatdırıb.

Səfirin sözlərinə görə, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.