BAKI, 27 iyun. TELEQRAF

"İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələr və media təmsilçiləri Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yayırlar".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib.

İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib.