LAÇIN, 20 iyun. TELEQRAF

"Qarabağa səfərimiz çox təsiredicidir. Bu səfərdən həqiqətən çox təsirləndim. İlk dəfə iki ay əvvəl Xankəndiyə getmişdim, bu isə ikinci səfərimdir. Ölkənin gözəlliyi, təbiəti, burada aparılan bərpa-quruculuq işləri, dəyişikliklərin miqyası, yatırılan investisiyalar və aparılan müasirləşdirmə məni həqiqətən heyran etdi".

Bu barədə Teleqraf-a Polşanın Azərbaycandakı yeni səfiri Pavel Radomski deyib.

O qeyd edib ki, yenidənqurma və bərpa prosesi regionun gələcəyi üçün olduqca vacibdir: “İnsanların buraya geri qayıtması, onların planlarını həyata keçirə biləcəkləri bir məkanın yaradılmasının nə qədər çətin olduğunu anlamağa çalışıram. Bu, yalnız maliyyə vəsaiti deyil, eyni zamanda bu bölgəyə qayıtmalı olan insanlara yardım etmək üçün böyük bir qətiyyət tələb edir. Əlbəttə, Qarabağa gələcəkdə yenidən səfər etməyi planlaşdırırıram. Məncə burada görülən işlərin gedişatını izləmək çox maraqlıdır. Bu ərazinin yenidən qurulması, ona həyat və enerji verilməsi böyük bir layihədir. Sizə bu işlərdə uğurlar arzulayıram”.