BAKI, 12 iyun. TELEQRAF

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ilə Kiyev və Seul arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandaki səfiri Yuri Qusev "X" hesabında paylaşım edib.

"Cənubi Koreya Azərbaycandakı yeni təyin olunmuş səfiri cənab Kan Kimqu (Kang Kymgu) Bakıda yerləşən Ukrayna Mərkəzində qarşılamaqdan məmnunluq duyduq. Görüş zamanı Ukraynaya dəstəyin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Cənab səfirə yeni vəzifəsində uğurlar arzulayırıq!"- paylaşımda deyilir.