BAKI, 22 aprel. TELEQRAF
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının 81-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığına səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkəmizin Tailanddakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.
Samir Şərifov səfər çərçivəsində Tailand Krallığının Xarici İşlər Nazirliyinin daimi katibinin müavini xanım Sirilak Niyom ilə görüşüb.
Tərəflər siyasi münasibətlərin gücləndirilməsi, habelə iqtisadiyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Hər iki tərəf ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi niyyətini bildirib.