BAKI, 1 aprel. TELEQRAF

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşüb.

Teleqraf xəbər verir ki, səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq gündəliyində olan əsas məsələləri müzakirə etdik. İkitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik”, - paylaşımda qeyd olunub.