BAKI, 11 fevral. TELEQRAF

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə beynəlxalq ictimaiyyətə müraciət edib.

Teleqraf xəbər verir ki, səfir öz sosial şəbəkə hesabında İrəvandakı məscidin təhqir olunmasına diqqət çəkib.

“İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edirlər. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir və bu vandalizmin qarşısı alınmalıdır", - deyə səfir bildirib.