BAKI, 10 fevral. TELEQRAF

"Rusiya Federasiyası Dnestryanıdan gələcək bütün çağırışlara hazırdır".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə açıqlamasında deyib.

“Hər şey Dnestr çayının sol sahilində Rusiya vətəndaşlarına, hərbçilərinə qarşı hansı təxribatların və provakasiyaların olacağından asılı olacaq”, - o qeyd edib.

Qaluzin Rusiya Federasiyasının vəziyyətin istənilən inkişafına hazır olduğunu vurğulayıb.