BAKI, 10 fevral. TELEQRAF

Kosovonun Baş naziri Albin Kurti parlament seçkilərində qalib gəldiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa mətbuatında məlumat yayılıb.

İlkin məlumatlara görə, baş nazirin partiyası seçkidə 41,99% səs toplayıb. İkinci yerdə müxalif Demokrat Partiyası qərarlaşıb. Demokratik Birlik və Kosovonun Gələcəyi Alyansı da parlamentə daxil ola bilib.