BAKI. 9 fevral. TELEQRAF

Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək əzmindədir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Diplomatın sözlərinə görə, Rusiya Federasiyası balanslaşdırılmış sülh müqaviləsi üçün müddəaların işlənməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların blokunun açılması da daxil olmaqla münasibətlərin normallaşdırılması üçün bütün istiqamətlərdə lazımi yardım göstərmək istəyir.