BAKI, 8 fevral. TELEQRAF

Azərbaycan səfirliyi Almaniyada yaşayan evsiz insanların qayğısına qalan təşkilata yardım göstərib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz sosial şəbəkə hesabında yazıb.

O, evsizlərə yemək paylanmasında şəxsən iştirak edib.

Nəsimi Ağayev "Facebook" hesabında yazıb: "Bu qış Berlində xüsusilə soyuq keçir. Bundan ən çox əziyyət çəkən küçələrdə yaşayan evsiz insanlardır. Səfirliyimiz bu kimsəsiz insanların qayğısına qalan təşkilata yardım göstərdi və onlara yeməklərin paylanmasında iştirak etdi".