TBİLİSİ, 7 fevral. TELEQRAF

Fevralın 13-də Avropa Parlamentində (AP) Gürcüstanda siyasi vəziyyətlə bağlı qətnamə səsə qoyulacaq.

Teleqraf xəbər verir ki, bu barədə qurumdan bildirilib.

AP-də məsələ ilə bağlı debatlar bu ilin yanvarın 21-də aparılıb. Deputatlar Gürcüstanda ötən ilin oktyabrında baş tutmuş seçkiləri qeyri-azad və ədalətsiz qiymətləndiriblər və il ərzində təkrar seçkilərin keçirilməsinə çağırış ediblər.

Xatırladaq ki, AP-də Gürcüstanla bağlı son müzakirələr ötən ilin noyabrında baş tutub və ölkə əleyhinə qətnamə qəbul olunub. Gürcüstan hökuməti ölkə ilə bağlı avroparlamentarilərin bütün qətnamələrini dəyərsiz kağız parçası hesab edir.