![](https://teleqraf.az/storage/2018/03/18/715x378/baxcali.jpg)
ANKARA, 7 fevral. TELEQRAF
“Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının vəziyyəti qənaətbəxşdir”.
Bu barədə Teleqraf-ın Türkiyə bürosunun sorğusuna cavab olaraq Milliyyətçi Hərəkat Partiyasının (MHP) İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Açıqlamada D.Baxçalının yanına müvafiq tibbi prosedurlara görə heç kimin buraxılmadığı da qeyd olunub: “Partiya sədrinin vəziyyəti qənaətbəxş, əhvalı yaxşıdır. O, yaxın günlərdə xəstəxanadan evə buraxılacaq və gündəlik iş rejimində fəaliyyət göstərəcək”.
MHP liderinin səhhəti ilə bağlı əlavə məlumat yayılacağı da bildirilib.
Qeyd edək ki, Baxçalının 10 il əvvəl dəyişdirilmiş ürək qapağında degenerasiya aşkarlandığı üçün partiya sədri dünən əməliyyat edilib.