BAKI, 18 may. TELEQRAF
Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra "Azərbaycan məhəlləsi" adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
Teleqraf xəbər verir ki, bunu Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda çıxışı zamanı deyib.
O qeyd edib ki, layihə çərçivəsində 464 ofis, 1 223 yaşayış evi, 1 789 kommersiya obyekti, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb fəaliyyət göstərəcək.
Həmçinin qeyd edilib ki, ərazidə ticarət zonaları, idman mərəzi, məscid və istirahət sahələri sakinlərin ehtiyaclarına uyğun şəkildə layihələndirilib. Meydanlar və ictimai məkanlarla bağlı qərarlar yekunlaşdırılıb.
Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühiti formalaşdırmaqdır.