BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) xidmət göstərən 42 yaşlı İen Brinksmanı milli müdafiə ilə bağlı məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinərək saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Brinksman oktyabrın 23-də Kolumbiya dairəsindəki evində aparılan axtarışdan sonra həbs edilib. Ona milli müdafiə ilə bağlı məlumatların qanunsuz ötürülməsi ittihamı irəli sürülüb.

Cinayət işi üzrə şikayət materiallarına əsasən, Brinksman 2020-ci ildən Virciniya ştatındakı ABŞ dövlət qurumlarından birində çalışıb. 2022-ci ildə isə həmin qurumun podratçı şirkətinə keçərək sistem inteqrasiyası üzrə mühəndis vəzifəsində işləməyə başlayıb.

O, tam məxfi məlumatlara, o cümlədən xüsusi mühafizə olunan kəşfiyyat məlumatlarına çıxış icazəsinə malik olub.

Substack müəlliflərə bloq yazıları dərc etmək, elektron poçt vasitəsilə abunəçilərə materiallar göndərmək və ödənişli abunəliklər vasitəsilə gəlir əldə etmək imkanı verən onlayn platformadır.