SUMQAYIT, 24 oktyabr. TELEQRAF

Sumqayıtın Üzeyir Hacıbəyli küçəsində yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yolu keçən üç piyadanı vurduqdan sonra səkiyə çırpılıb.

Qəza nəticəsində xəsarət alan üç nəfər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.

Hadisədən sonra minik avtomobilində yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb və alovun digər avtomobillərə yayılmasına imkan verilməyib.

Faktla bağlı araşdırma aparılır.