BAKI, 24 oktyabr. TELEQRAF
Sakit okeanın cənub hissəsində yerləşən Vanuatu adaları yaxınlığında 7,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Sunami Xəbərdarlıq Mərkəzinin portalında məlumat verilib.
Məlumata görə, zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar oktyabrın 24-də Bakı vaxtı ilə saat 05:31-də baş verib.
Hadisədən sonra Quam və Şimali Mariana adaları, Alyaska, Britaniya Kolumbiyası və ABŞ-ın qərb sahili, Amerika Samoası və Havay adaları üçün məlumatlandırma bildirişləri yayımlanıb. Həmçinin ABŞ və Kanadadan kənarda Sakit okean regionu üçün təhlükə barədə bildiriş verilib.