GƏNCƏ, 13 oktyabr. TELEQRAF

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Qəsəbə sakini 1997-ci il təvəllüdlü Namiq Qasımov bıçaqlanıb. Onun vəziyyəti kafidir.

Adıçəkilən şəxsin kim və ya kimlər tərəfindən, hansı şəraitdə baş verməsi araşdırılır.