BAKI, 24 oktyabr. TELEQRAF
Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
Teleqraf xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakının Xətai rayonunda kafedə baş verən, bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Davanın iştirakçılarından birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin olduğu qeyd edilir.
Qeyd edək ki, xəbəri ilk Oxu.az yayıb.