BAKI, 23 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 faiz azalaraq 937,4 min nəfər olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların 41,5 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox), 17,1 faizi Rusiya Federasiyasına (3 faiz az), 11,7 faizi Gürcüstana (0,2 faiz çox), 6,2 faizi İrana (41 faiz az), 23,5 faizi isə digər ölkələrə (7,7 faiz az) gedib. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.