BAKI, 15 sentyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.