BAKI, 14 sentyabr. TELEQRAF
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə müalicə aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yanvar-avqust aylarının yekununa dair hesabatında qeyd olunub.
Bildirilir ki, Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər, ümumilikdə 675 xəstə müalicə alır.