BAKI, 14 sentyabr. TELEQRAF
Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, şəhər ərazisində mövcud olan həmişəyaşıl ağacların, xüsusilə şam ağaclarının bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub.
Bu barədə Teleqraf-a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunub, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub:
"Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilmiş və araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda kök üstündə qurumuş 749 ədəd şam ağacının götürülməsi haqda məktub daxil olunub. Qeyd edək ki, bu rəyə uyğun olaraq RİH tərəfindən Park ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanıb. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülüb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb. Onların yerinə isə hündürlüyü 3-4 metr olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilib".
Qurumdan bildirilib ki, ağac əkimi mövsümü boyunca yeni tinglərin əkilməsi davamlı olaraq həyata keçiriləcək:
"Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-2026-ci illər ərzində rayon ərazisində 25.000-ə yaxın ağac və kollar əkilmiş, onlara aqroqulluq təşkil edilib".