KÜRDƏMİR, 17 aprel. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Hövsan marşrutu üzrə layihələndirmə və qatarların alışı işlərinə başlayıb.
Teleqraf-ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, orada bu istiqamət üzrə mövcud stansiyaların bərpası, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub.
"Həmçinin qatarların alışı ilə bağlı işlər aparılır. ADY 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır".