BAKI, 5 noyabr. TELEQRAF

Noyabrın 5-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Quba, Şabran və Qobustanda isə arabir yağış yağır.