BAKI, 5 noyabr. TELEQRAF

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə Teleqraf-a AHİK-dən məlumat verilib.

Bildirilib ki, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına dəstək məqsədilə keçirilən aksiyada Konfederasiyanın, üzv və tabe təşkilatların əməkdaşları, həmkarlar ittifaqlarının üzvləri, AHİK könüllüləri iştirak ediblər.

Aksiya çərçivəsində əraziyə ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib.