
GƏNCƏ, 11 aprel. TELEQRAF
Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydarov əmr imzalayıb.
Əmrə əsasən, mayor Vüsal Əsgərov adıçəkilən qurumun rəisi vəzifəsinə gətirilib.
O, indiyədək sözügedən qurumda rəis müavini vəzifəsində çalışıb.