BAKI, 13 aprel. TELEQRAF

Tanzaniyanın ən böyük müxalifət partiyası olan Çademaya bu ilin oktyabrına planlaşdırılan prezident və parlament seçkilərdə iştirakına qadağa qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə yerli "Citizen" nəşri məlumat yayıb.

“Müxalifətdə olan Çadema partiyasının 2025-ci il seçkilərinin etik kodeksini imzalaya bilmədiyi üçün qarşıdan gələn ümumi seçkilərdə iştirakının dayandırıldığı rəsmən elan edilib”, - nəşr yazır.

Nəşrin məlumatına görə, Çadema etik kodeksin imzalanmasını boykot edib, çünki o, ölkənin seçki qanunvericiliyində islahatların aparılmasını tələb edir.

Mitinqdə Çadema partiyasının sədri Tundu Lissunun saxlanıldığı da bildirilib. Siyasətçi dövlətə xəyanətdə və yalan məlumat yaymaqda ittiham olunub.