
BAKI, 12 aprel. TELEQRAF
Yuxu apnesi ciddi sağlamlıq problemlərinin əlamətidir. Yuxu apnesi təkcə yuxunun keyfiyyətini pozmur, həm də ürək xəstəlikləri riskini artır. Bu problemin nəzarət altına alınmaması həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.
Teleqraf xəbər verir ki, həddindən artıq çəki artımı və qeyri-sağlam qidalanma yuxu apnesinin inkişafında mühüm rol oynayır. Xüsusilə, insulin müqaviməti, metabolik sindrom və ürək xəstəlikləri kimi vəziyyətlər maddələr mübadiləsini ləngidir və apnenin əmələ gəlməsini sürətləndirir.
Yuxu apnesinin ən çox görülən əlamətləri baş ağrısı, həddindən artıq yuxululuq, konsentrasiya problemləri və unutqanlıqdır. Bu vəziyyət uzun vədədə ciddi xəstəliklərə yol aça bilər.
Mütəxəssislər bildirir ki, xəstələrdə tez-tez, xüsusilə səhər saatlarında boyun nahiyəsindən başlayaraq başın yuxarı hissəsinə yayılan baş ağrıları olur. Bundan əlavə, gündüz həddindən artıq yuxululuq, diqqət dağınıqlığı, unutqanlıq kimi şikayətlərlə qarşılaşırmaq mümkündür. Müalicə olunmazsa, uzun müddətli yuxu apnesi işemik xəstəliklərə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Yuxu apnesinin diaqnozunda ən əhəmiyyətli nöqtə xəstənin gecə boyu göstərdiyi simptomlardır. Xoruldarkən birdən nəfəsin kəsilməsi və sonra da xoruldamağa davam etməsi yuxu apnesinin ən bariz əlamətidir. Bunun xaricində səhər yorğun oyanmaq, gecə tərləmələri və tez-tez sidiyə çıxmaq kimi əlamətlər də xəstəliyin əlaməti ola bilər.