.jpg)
BAKI, 13 aprel. TELEQRAF
Xristian Demokrat İttifaqının (CDU) lideri, Almaniyanın gələcək kansleri Fridrix Mers hökumətin mayın 6-da işə başlayacağını gözləyir.
Teleqraf xəbər verir ki, o, bu barədə "Handelsblatt" qəzetinə müsahibəsində deyib.
"Almaniyanın yeni hökumətinin mayın 6-da vəzifəyə başlaması gözlənilir. O zaman bizim yay tətilinə iki tam ay vaxtımız olacaq ki, insanlar həqiqətən nəyinsə dəyişdiyini hiss etsinlər" - Merz bildirib.
O, misal kimi sərhəd təhlükəsizliyinin yaxşılaşdırılmasını və deportasiyaların artmasını, təchizat zəncirinin qanunlarının ləğvini və bürokratiyanın azaldılmasını göstərib.
Qeyd edək ki, aprelin 9-da CDU/CSU və Almaniya Sosial Demokrat Partiyasının (SPD) liderləri Almaniyanın yeni hökumətinin işinin əsasını təşkil edəcək koalisiya sazişi haqqında razılığa gəliblər.