BAKI, 12 aprel. TELEQRAF

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.