
BAKI, 7 aprel. TELEQRAF
Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, 2 nəfər (kişi cinsli, qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, hazırda sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat olunan 1983-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları diaqnozu təyin olunan 2012-ci il, hər iki aşağı ətrafın və qarnın ön səthinin, sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin olunan 2014-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib.