BAKI, 7 oktyabr. TELEQRAF

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm.

Teleqraf xəbər verir ki, bunu Belçika Krallığının azərbaycandaki səfiri Julyen de Frepon “Avropada Təhsil” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Belçikada təhsil almaq tələbələrə Aİ institutları, NATO, beynəlxalq şirkət və təşkilatlarla yaxından tanış olmaq imkanı verir:

“Bu il sərgidə iştirak etməkdən məmnunuq. Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm”.