BAKI, 7 oktyabr. TELEQRAF
Litva universitetləri Azərbaycan təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Teleqraf xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus “Avropada Təhsil” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Avropada təhsil alan tələbələrin əksəriyyəti Azərbaycana qayıdaraq ölkənin iqtisadi və sosial inkişafına töhfə verir, bəziləri isə Avropada qalaraq qazandıqları bilik və təcrübə ilə əməkdaşlığın inkişafına xidmət edirlər”, – o qeyd edib.