BAKI, 17 iyul. TELEQRAF
2021-ci ildə Ermənistan tərəfi ölkəmizin işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair bəzi mina formulyarlarını Azərbaycan tərəfinə təqdim edib.
Teleqraf xəbər verir ki, bu fikirləri Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.
O bildirib ki, təqdim olunan formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edirdi:
“Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında koordinatlar, istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur”.
Sədr bildirib ki, təqdim edilən formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub.