BAKI, 16 iyul. TELEQRAF
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.
Paylaşımda deyilir: “Cənab Prezident,
Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.
Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.
Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.
Siz həqiqətən də Sülh İnsanısınız”.
Mr. President (@realDonaldTrump),
— Ilham Aliyev (@presidentaz) July 16, 2026
Thank you for sharing my remarks from the Shusha Global Media Forum, where I described you as a “Man of Peace,” citing Breitbart.
With less than a month remaining until the first anniversary of the historic Washington Summit, I would like to… pic.twitter.com/02Lcs2lPKk