“Məqsədimiz iki ölkənin bir araya gələrək dialoq aparmasını təmin etmək idi. Bu prosesdə region ölkələri - Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, Küveyt və Azərbaycanın da müəyyən rolu var".
Bunu Teleqraf-a açıqlamasında Pakistanın İnsan Hüquqları Nazirliyinin Parlament katibi Saba Sadiq İran və ABŞ-nin İslamabad görüşü haqqında deyib.
"Biz səy göstərdik və nəticədə iki düşmən ölkə arasında danışıqların aparılmasına nail olundu. Təbii ki, hələlik konkret nəticə əldə edilməyib, lakin proses artıq başlayıb. İnanırıq ki, bu proses gələcəkdə müsbət nəticə verəcək. Pakistan bir müsəlman ölkəsi olaraq regionumuzda müharibənin davam etməməsi üçün çalışır. Biz bu müharibənin dayandırılmasını istəyirik və bu məqsədlə bütün səylərimizi göstəririk", - deyə Pakistan rəsmisi bildirib.