BAKI, 9 sentyabr. TELEQRAF
Afrika futbolunun əfsanələrindən olan Yaya Ture Çempionlar Liqasında tarixə düşüb.
Teleqraf xəbər verir ki, 43 yaşlı mütəxəssis “Slovan Bratislava”nın baş məşqçisi kimi turnirin Liqa mərhələsində PSJ-yə qarşı keçiriləcək oyunda komandasına rəhbərlik edəcək.
Bununla Ture Çempionlar Liqasında komanda çalışdıran ilk afrikalı baş məşqçi olacaq. Bundan əvvəl Afrika qitəsində doğulan, lakin Avropa ölkələrini təmsil edən məşqçilər turnirdə iştirak ediblər.
Ture ötən ilin iyulunda Səudiyyə Ərəbistanı millisindəki köməkçi məşqçi vəzifəsindən ayrılaraq “Slovan Bratislava”ya baş məşqçi təyin olunub. O, Slovakiya klubunu üç təsnifat mərhələsindən keçirərək Çempionlar Liqasının Liqa mərhələsinə çıxarıb.
Qeyd edək ki, Ture futbolçu kimi “Barselona” ilə 2009-cu ildə Çempionlar Liqasının qalibi olub. O, 97 dəfə Fildişi Sahili millisinin formasını geyinib.