BAKI, 20 yanvar. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

***

13:40

Türkiyə xarici işlər naziri Hakan Fidan və azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər.

Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.