BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin Müdafiə Nazirliyi "X" sosial hesabında Bakıda keçirilən hərbi paradla bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Cəsarət, qələbə və sədaqət! Qısacası; Türkiyə, Azərbaycan və Pakistanın qardaşlığı! Hər biri Ay- ulduzlu qəhrəmanlarımız bu gün Azərbaycanın Zəfər Günündə bir ürək, bir yumruqda birləşərək bir araya gəldilər.

Azərbaycan və Pakistandakı qardaşlarımıza Türkiyədən salamlar!"