BAKI, 27 sentyabr. TELEQRAF
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin sosial media hesabında Anım Günü ilə bağlı paylaşım edilib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik.
Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir".