BAKI, 25 iyun. TELEQRAF

"Azərbaycanda artıq ikinci dəfədir ki, Türkman İrsi Forumu keçirilir".

Teleqraf xəbər verir ki, bu sözləri "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.

O, türkmanların bu gün türk dünyasının böyük bir hissəsini təşkil etdiyini deyib:

"Onların tarixinin, mədəniyyətinin və irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan ön sıralarda yer alır və mühüm təşəbbüslərlə çıxış edir. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusilə önəmlidir. İraq türkmanlarını xatırlayarkən Məhəmməd Füzulini, Suriya türkmanlarını xatırlayarkən isə İmaddədin Nəsimini yada salırıq.

Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və damarlarımızda axan eyni qan bizi bir-birimizə daha da yaxınlaşdırır və möhkəm bağlarla birləşdirir".