BAKI, 28 iyun. TELEQRAF

Ermənistan Rusiya bazarını itirəcəyi təqdirdə balıq ixracından əldə etdiyi gəlirin təxminən 98 faizindən məhrum olacaq.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" Ermənistanın milli statistika xidmətlərinin məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistan 2025-ci ildə ümumilikdə 79,8 milyon ABŞ dolları dəyərində balıq ixrac edib. Bunun 78,4 milyon dolları Rusiyaya göndərilən məhsulların payına düşüb.

Hesablamalara əsasən, Rusiya bazarı Ermənistanın balıq ixracından əldə etdiyi gəlirlərin 98,3 faizini təmin edib. Bu səbəbdən, Rusiya bazarının itirilməsi ölkənin balıq ixracına ciddi maliyyə zərbəsi vura bilər.