BAKI, 28 iyun. TELEQRAF

ABŞ-nin İrana endirdiyi növbəti zərbələr zamanı ölkənin cənubunda yerləşən telekommunikasiya qülləsinin vurulduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Sirik şəhəri yaxınlığında partlayışlar baş verib. İran Dövlət Teleradio Şirkəti (IRIB) hərbi mənbəyə istinadən partlayış səslərinin eşidildiyini təsdiqləyib.

"Mehr" agentliyinin məlumatına əsasən, Bəndər-Tahruyə liman şəhəri yaxınlığında baş verən partlayış telekommunikasiya qülləsinə mərminin düşməsi nəticəsində baş verib.